Ənənəvi və qeyri-ənənəvi müharibə arasında balansı necə yaratmaq olar? – QISA BAXIŞ

2019/02/votel-1549522497.jpg
Oxunub: 1014     10:53     07 Fevral 2019    
Soyuq müharibənin bitməsindən qısa müddət sonra, 1992-ci ildə Fransis Fukuyama ideologiyalar arasındakı müharibənin sona çatdığını proqnozlaşdırdı. Onun fikrinə görə, artıq ölkələr arasındakı müharibələr çəkindirilə bilərdi, çünki hərbi toqquşmanı labüd edən ideologiya ayrılıqları daha yox idi. Lakin bugünkü vəziyyətdən aydın olur ki, Fukuyamanın bu fikri özünü heç də doğrultmayıb. Beynəlxalq sistem hazırda davamlı münaqişələri ehtiva edir və müharibə bu gün də dövlətlər üçün ən az bütün tarixdə olduğu qədər mümkün bir variantdır.

Müharibə özünü müxtəlif formalarda göstərir, onun əsas təyinedicisi isə hərbi qüvvənin köməyi ilə siyasi iradənin necə həyata keçirilməsidir. Hərbi qüvvələr xarakter olaraq ənənəvidir və müəyyən çərçivədə düşmənlərlə döyüşmək üçündür. Hazırda isə müharibə ilə bağlı yeni praktika və konsepsiyaların ortaya çıxması qeyri-müəyyən, qeyri-ənənəvi müharibə strategiyalarını yaradır. Bu müharibə ənənəvi müharibə ilə müqayisə edildikdə uyğunsuzluq, yaxud asimmetriya təşkil edir.

XX əsr ərzində ABŞ və Avstraliya kimi ölkələr hərbi qüvvələrini tarixin ən böyük ənənəvi müharibələrinə həsr etdilər, I və II Dünya Müharibələri, Koreya müharibəsi və s. 1953-cü il Koreyada düşmənçiliyin məhv edilməsindən sonra isə bu qüvvələr, əsasən, qeyri-ənənəvi təhlükələrə, məsələn terrora qarşı mübarizə aparıblar. Bu tendensiya gələcəkdə də davam edəcək, ölkələr köhnə, yeni və çoxşaxəli müharibələrlə başa çıxmalı olacaqlar. Rus nəzəriyyəçisi Mahmud Qarayev müasir reallığı çoxvariantlı müharibə adlandırır, lakin hələ də Qərbin planlama və qüvvələr dizaynı böyük güc rəqabəti çərçivəsində milli maraqları qorumağa yönəlib. Bununla da hərbi qüvvələrin strukturu orta, yaxud yüksək intensivlikdə ənənəvi münaqişələr üçün uyğunlaşdırılıb.

Müharibələrin dəyişən xarakteri və qeyri-ənənəvi müharibələrin yüksəlişi

Əslində, qeyri-ənənəvi müharibə tarixdə həmişə mövcud olub. Müharibələr tarixi üzrə ekspert Maks Buut daha da irəli gedərək qeyri-ənənəvi müharibələrin tarixən ənənəvi müharibələrdən daha qədim olduğunu vurğulayıb. Məsələn, döyüş məkanında ənənəvi şəkildə rəqibi məğlub edə bilməyən qüvvələr, tarix boyu asimmetriya yaratmaq üçün terror, kəşfiyyat, casusluq taktikalarından istifadə ediblər.

Əsrimizin müharibəsi keçmiş müharibələrdən fərqlənir. Əsas fərqlərdən biri müharibə ilə məşğul ola biləcək aktorların mənbəyi və tərkibinin dəyişməsidir. Keçmişdə müharibədə iştirak edənlər şəhər dövlətlər, dövlətlər, krallıqlar, imperiyalar idi. Birinci və İkinci Dünya Müharibələri, Ərəb-İsrail müharibəsi, Koreya müharibəsi və s. bunun göstəricisi idi. Digər kiçik müharibələr isə milliyyətçi separatçı hərəkatların yüksəlməsi və Soyuq Müharibənin gəlməsi ilə birlikdə post-kolonial dövrün sonuna doğru baş verib. Münaqişələrdə ənənəvi və qeyri-ənənəvi taktikaların bir-birinə qarışması müharibənin xarakterini də dəyişib. Terror aktları əvvəllər müharibədə istifadə edilən bir vasitə idisə, artıq müharibə vasitəsidir və qeyri-dövlət aktorlarına dövlətlərə qarşı meydan oxumağa imkan yaradır. Məsələn, “Hizbullah” son 20 ildir ki, həm ənənəvi, həm də qeyri-ənənəvi yollarla İsraillə müharibədədir.

Sözügedən tendensiyanın bir qismi cəmiyyətdə baş verən dəyişiklər - media əlçatanlığının artması, real vaxtda informasiyanı öyrənmək və qloballaşma ilə gələn fürsətlərlə bağlıdır. İŞİD kimi beynəlxalq hüquq normaları ilə məhdudlaşdırıla bilməyən qeyri-dövlət aktorlarının yüksəlişi müharibənin sərhədlərini də yox edib.

Ənənəvi və qeyri-ənənəvi müharibə bacarıqları arasındakı balans haradan keçir?

Müharibədə ənənəvi qüvvələrin yeri və rolu aydındır, həmçinin müdafiə siyasəti və planlamasına daxil edilib. Qeyri-ənənəvi qüvvələr isə eyni vəziyyətdə deyil, uyğun siyasət, resurs və mandatlar müdafiə portfoliosundan kənarda və struktursuz şəkildə mövcuddur. Qeyri-ənənəvi müharibə bacarıqlarının müəyyən edilməsi də elə asan deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ənənəvi-müharibə   Qeyri-ənənəvimüharibə  

Ənənəvi və qeyri-ənənəvi müharibə arasında balansı necə yaratmaq olar? – QISA BAXIŞ

2019/02/votel-1549522497.jpg
Oxunub: 1015     10:53     07 Fevral 2019    