Ordu.az xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, görüş zamanı bir sıra texniki məsələlər, o cümlədən İranın nüvə proqramı müzakirə olunacaq.
Mənbələrin bildirdiyinə görə, tərəflər İranın nüvə proqramı ilə bağlı siyasi aspektləri, anti-İran sanksiyalarının ləğvi və İran aktivlərinin dondurulmasının aradan qaldırılması ilə əlaqədar hüquqi məsələləri nəzərdən keçirəcəklər.
Danışıqlarda həmçinin Livan və şiə “Hizbullah” hərəkatının fəaliyyəti ilə bağlı mövzuların da müzakirə ediləcəyi qeyd olunur.
Bildirilir ki, görüşlər Sürix şəhərində keçirilə bilər.
Telekanalın məlumatına əsasən, danışıqlarda Qətər və Pakistan nümayəndələri iştirak edəcəklər. Bəzi görüşlərdə isə Türkiyə və Səudiyyə Ərəbistanının təmsilçiləri də iştirak edəcək.
Xatırladaq ki, Reuters agentliyi daha əvvəl İsveçrə Xarici İşlər Nazirliyinə istinadən ABŞ və İranın iyunun 19-da Bürgenştokda tərəflər arasında əldə olunmuş razılaşmanın icrası ilə bağlı ilkin danışıqlar aparacağını bildirmişdi.
Sevinc Əliyeva
Ordu.az