“Rusiya Ermənistana etiraz notası göndərib” - Zaxarova

2026/06/1781788668.jpg
Oxunub: 183     17:12     18 İyun 2026    
“Rusiya Gümrüdə sovet memorial kompleksinin təhqir olunması ilə əlaqədar Ermənistana etiraz notası təqdim edib”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bəyan edib.

Zaxarovanın sözlərinə görə, baş verən hadisə sadəcə xuliqanlıq deyil, iki ölkənin ortaq tarixi yaddaşına qarşı məqsədyönlü addımdır.

“Bu müqəddəs sayılan abidəyə qarşı törədilən hərəkət sadəcə xuliqanlıq deyil, ölkələrimizin ümumi tarixi yaddaşına qarşı yönəlmiş məqsədyönlü zərbə və Böyük Qələbəyə qarşı vandalizm cəhdidir. Təbii ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik”, - deyə Zaxarova bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin