“Müxalifətin birləşməsi çoxdan baş verib” - Paşinyan

2026/06/1781785528.jpg
Oxunub: 174     16:20     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan müxalif qüvvələrin birləşməsi ilə bağlı açıqlamalara münasibət bildirib.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə iyunun 18-də hökumətin iclasından sonra keçirilən brifinqdə danışıb.

O, “Güclü Ermənistan” alyansının lideri Samvel Karapetyanın müxalifətin birləşməsi niyyəti ilə bağlı açıqlamasını şərh edərkən bildirib ki, bu proses yeni deyil.

“Dediyiniz birləşmə yeni baş verməyib, bu birləşmə çoxdan baş verib. Sadəcə bunu elan etmirdilər ki, insanların əhval-ruhiyyəsi pozulmasın”, - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, söhbət eyni mərkəzdən idarə olunan, eyni prinsiplərlə fəaliyyət göstərən qüvvələrdən gedir və bu, artıq hamıya məlum olan faktdır.

Xatırladaq ki, Samvel Karapetyan bir gün əvvəl müxalif qüvvələrin birləşməsi prosesinin başladığını açıqlayıb və cari problemlərin müzakirəsi üçün əlaqələndirici şuranın yaradılmasını təklif edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin