Azərbaycan və Bosniya-Herseqovina ombudsmanları əməkdaşlıq sənədi imzalayıb

2026/06/Ekran-1781783730.jpg
Oxunub: 160     15:19     18 İyun 2026    
Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ilə Bosniya və Herseqovina ombudsmanları Nives Cukiç (Nives Jukić), Nevenko Vranjes (Nevenko Vranješ) və Jasminka Cumhur (Jasminka Džumhur) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində təcrübə və informasiya mübadiləsinin aparılması, institusional əməkdaşlığın gücləndirilməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsidir.

Ombudsman Səbinə Əliyeva imzalanmış Anlaşma Memorandumunun hər iki ölkənin ombudsman təsisatları arasında əməkdaşlıq əlaqələrinin daha da güclənməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsinə şərait yaradacağını qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Bosniya   Herseqovina  


Bizi "telegram"da izləyin