İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib - YENİLƏNİB

2026/06/1781759933.jpg
Oxunub: 362     10:50     18 İyun 2026    
Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Əvvəlcə birgə foto çəkdirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra "Qurani-Kərim"dən ayə oxunub.

Daha sonra İslam İnkişaf Bankı (IsDB) haqqında videoçarx nümayiş olunub.

Dövlət başçısı tədbirdə çıxış edib.

Sonra İslam İnkişaf Bankı (İİB) Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov çıxış ediblər.

Daha sonra sənədlər imzalanıb.

***

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir.

Ordu.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir.

Əvvəlcə birgə foto çəkdirildi.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: İlham-Əliyev   Bakı   İslam-İnkişaf-Bankı-Qrupu  


Bizi "telegram"da izləyin