Azərbaycan və Monteneqro Ombudsman təsisatları əməkdaşlıq edəcək - FOTOLAR

2026/06/1781788998.jpg
Oxunub: 187     17:11     18 İyun 2026    
Azərbaycan və Monteneqro Ombudsman təsisatları arasında anlaşma memorandumu imzalanıb.

Ordu.az xəbər verir ki, mərasim "Süni intellekt dövründə insan hüquqları: imkanlar, risklər və məsuliyyətlər" mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində baş tutub.

Sənədi Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Monteneqronun İnsan Hüquqları və Azadlıqlarının Müdafiəçisi Sinişa Byekoviç imzalayıblar.

Memorandum qurumlar arasında insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə praktiki və araşdırma işinin görülməsi və qarşılıqlı maraq doğuran istiqamətlər üzrə maarifləndirmə fəaliyyətinin həyata keçirilməsi məqsədi daşıyır.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Monteneqro   Ombudsman  


Bizi "telegram"da izləyin