Azərbaycan Prezidenti İlham Əliyev hazırda Qarabağda və Şərqi Zəngəzurda təxminən 90 min insanın yaşayıb, çalışıb və təhsil aldığını bildirib.
Ordu.az xəbər verir ki, Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən dövlət başçısı qeyd edib ki, müxtəlif infrastruktur və yaşayış layihələrinin həyata keçirilməsi üçün dövlət büdcəsindən 15 milyard dollardan artıq vəsait ayrılıb.
"Bütün maliyyə mənbələri nəzərə alındıqda isə azad edilmiş ərazilərə yönəldilən ümumi investisiyaların həcmi 17 milyard ABŞ dollarına yaxındır", - Prezident vurğulayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
İlham-Əliyev
Prezident