İİB Qrupunun 51-ci toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib - FOTOLAR

2026/06/2_01-8908921130.jpg
Oxunub: 175     15:13     18 İyun 2026    
İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində Azərbaycanın süni intellekt strategiyası barədə məlumat verilib.

Ordu.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı çərçivəsində təşkil olunan “Regional rəqəmsal iqtisadiyyatların inkişafı üçün süni intellektin potensialından istifadə” adlı panel müzakirəsində süni intellektin Azərbaycan üçün əhəmiyyətindən danışıb.

"Nazir müavini bildirib ki, süni intellekt ölkələrimiz üçün iqtisadiyyatı gücləndirmək, xidmətlərin keyfiyyətini artırmaq və regionun daha da yaxınlaşmasına töhfə vermək baxımından mühüm imkanlar yaradır.

Saməddin Əsədov çıxışında Azərbaycanın milli süni intellekt ekosisteminin formalaşdırılması istiqamətində atdığı konkret addımlar barədə məlumat verib, qəbul olunan strateji sənədlərin vahid yol xəritəsi təqdim etdiyini deyib.

Eyni zamanda qeyd edib ki, ölkəmizdə süni intellekt daha geniş rəqəmsal transformasiya prosesinin və innovasiyalara əsaslanan iqtisadiyyatın ayrılmaz hissəsi kimi qiymətləndirilir. Ancaq heç bir dövlət süni intellektin bütün üstünlüklərindən təkbaşına yararlana bilməz. Regional əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir və bu baxımdan İslam İnkişaf Bankının birləşdirici platforma kimi rolu ön plana çıxır. Üzv ölkələr üçün ən səmərəli yanaşma regional əməkdaşlığı genişləndirməkdir.

Nazir müavini Azərbaycanın birgə rəqəmsal platformalar və süni intellekt sistemlərinin idarə olunması ilə bağlı dialoqu dəstəklədiyini də diqqətə çatdırıb", - deyə mətbuat xidmətinin məlumatında bildirilib.





Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İİB   Azərbaycan  


Bizi "telegram"da izləyin