Heqset: "ABŞ Avropadakı hərbi yerləşdirmənin strateji icmalına başlayır"

2026/04/1777549192.jpg
Oxunub: 146     15:25     18 İyun 2026    
ABŞ-nin müharibə naziri Pit Heqset Avropadakı ABŞ hərbi mövcudluğunun və qüvvələrinin yerləşdirilməsinin altı aylıq nəzərdən keçirilməsinə başlanıldığını elan edib.

Ordu.az xəbər verir ki, bu barədə o Brüsseldə NATO ölkələri müdafiə nazirlərinin iclasının açılışında bildirib.

Onun sözlərinə görə, Vaşinqton Avropa müttəfiqlərinin qitənin müdafiəsinə görə əsas məsuliyyəti öz üzərinə götürəcəyi modelə keçidi sürətləndirmək niyyətindədir.

Heqset bildirib ki, yoxlama amerikalı hərbçilərin, ABŞ-nin Avropa Komandanlığının, Konqresin və NATO üzrə müttəfiqlərin iştirakı ilə aparılacaq.

"Bu gün mən Müdafiə Nazirliyi tərəfindən Avropadakı ABŞ hərbi mövcudluğunun və yerləşdirilməsinin altı aylıq nəzərdən keçirilməsini elan edirəm. Gəlin bunu NATO 3.0 icmalı adlandıraq", - Heqset bildirib və buna daha az vaxtın tələb oluna biləcəyini əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ   Avropa  


Bizi "telegram"da izləyin