Ordu.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, müvafiq qərar iyunun 18-də keçirilən hökumət iclasında qəbul olunub.
Məlumata görə, bu vəsait 2026-cı il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi üçün nəzərdə tutulmuş müvəqqəti sərbəst vəsaitlər hesabına ayrılıb.
Qərarda qeyd olunur ki, ayrılan vəsaitin konkret olaraq Milli Təhlükəsizlik Xidmətinin hansı tədbirlərinə yönəldiləcəyi açıqlanmır. Proqramın adı yalnız müvafiq kodla göstərilib.
Bildirilir ki, ilkin plana əsasən həmin vəsait xidmətin proqramlarının həyata keçirilməsi üçün ilin dördüncü rübündə istifadə edilməli idi. Lakin sonradan maliyyələşmənin ikinci rübə keçirilməsinə ehtiyac yaranıb.
Eyni zamanda hökumətin ehtiyat fondunun yüklənməsi və vəsaitlərin rüblər üzrə bölüşdürülməsi nəzərə alınaraq ehtiyat fonddan yalnız 1 milyard 404 milyon dram ayrılması təklif edilib.
Qərarda vurğulanır ki, bu addım Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qarşısında duran vəzifələrin yerinə yetirilməsi istiqamətində işlərin daha səmərəli təşkilinə imkan verəcək.
Alpər Mövludoğlu
Ordu.az