ARES 18 SAR axtarış-xilasetmə kateri özünü bərpaetmə sınağını uğurla başa vurub - VİDEO
Oxunub: 225
17:35
18 İyun 2026
ARES gəmiqayırma zavodunda Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi üçün inşa edilən ARES 18 SAR axtarış-xilasetmə katerləri layihəsi çərçivəsində sınaqlar davam edir.
Ordu.az xəbər verir ki, 16 ədəd ARES 18 SAR axtarış-xilasetmə katerindən ibarət seriyanın ilk platforması çevrilmə hallarından sonra öz vəziyyətini bərpa etmək və əməliyyatları təhlükəsiz şəkildə davam etdirmək qabiliyyətini nümayiş etdirərək özünü bərpaetmə sınağını uğurla tamamlayıb.
Sınağın uğurla başa çatdırılması ARES 18 SAR platformasının çətin dəniz şəraitində fəaliyyət göstərmək imkanlarını bir daha təsdiqləyib. Xüsusilə axtarış-xilasetmə əməliyyatlarında həyati əhəmiyyət daşıyan bu xüsusiyyət şəxsi heyətin təhlükəsizliyi və tapşırıqların fasiləsiz icrası baxımından mühüm göstərici hesab olunur.
ARES gəmiqayırma zavodu ilə Sahil Təhlükəsizliyi Baş İdarəsi arasında müqavilə 2025-ci il mayın 21-də imzalanıb. 2025-ci ilin oktyabr ayında isə ilk ARES 18 SAR katerinin qaynaq mərasimi Sahil Təhlükəsizliyi Baş İdarəsinin rəisi Mustafa Bankaoğlu, ARES gəmiqayırma zavodunun baş direktoru Oğuzhan Pehlivanlı, mühəndislər, texniki heyət və layihə iştirakçılarının iştirakı ilə keçirilib.