Rusiya ABŞ və İran arasında əldə olunan memorandumunu alqışlayıb

2026/05/1779979459.jpg
Oxunub: 154     16:15     18 İyun 2026    
Moskva ABŞ və İran arasında münaqişənin dayandırılması ilə bağlı əldə olunmuş razılaşmanı müsbət qiymətləndirib.

Ordu.az xəbər verir ki, bununla bağlı bəyanat iyunun 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc olunub.

Bəyanatda qeyd olunur ki, Moskva ABŞ və İran arasında hərbi qarşıdurmanın dayandırılması ilə bağlı əldə edilmiş və hər iki ölkə prezidentləri tərəfindən təsdiqlənmiş razılaşmanı alqışlayır.

Rusiya Xarici İşlər Nazirliyi həm Vaşinqtonun, həm də Tehranın imzalanmış qarşılıqlı anlaşma memorandumunun müddəalarını ciddi şəkildə yerinə yetirmək niyyətində olduğunu vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   ABŞ   İran  


Bizi "telegram"da izləyin