IRNA ABŞ ilə imzalanmış memorandumla bağlı İran prezidentinin fotosunu yayımlayıb

2026/06/1781787345.jpg
Oxunub: 179     16:51     18 İyun 2026    
İranın dövlət xəbər agentliyi IRNA İran prezidenti Məsud Pezeşkianın ABŞ ilə imzalanmış memorandumun nüsxəsini əlində tutduğu fotoları dərc edib.

Ordu.az xəbər verir ki, yayımlanan şəkillərdən birində Pezeşkian sənədin ingilis dilindəki variantını, digərində isə fars dilindəki versiyasını nümayiş etdirir.

Fotolarda yer alan sənədlərin üzərində İran prezidenti Məsud Pezeşkian və ABŞ prezidenti Donald Trampın imzalarının olduğu görünür.

Məlumata görə, İran və ABŞ iyunun 18-nə keçən gecə məsafədən memorandum imzalayıblar. Sənəd fevralın 28-dən etibarən davam edən hərbi qarşıdurmanın dayandırılmasını nəzərdə tutur.

Memorandumda həmçinin ABŞ-nin dəniz blokadasını nə vaxt aradan qaldıracağı və İranın Hörmüz boğazında gəmiçiliyi hansı müddətdə bərpa edəcəyi ilə bağlı müddəalar yer alıb.

Sənədə əsasən, İran nüvə silahı yaratmamaq öhdəliyi götürür. İranın nüvə proqramı ilə bağlı məsələlərin isə ayrıca razılaşma çərçivəsində tənzimlənməsi planlaşdırılır.

Tərəflərin bu mövzuda 60 gün ərzində danışıqlar aparacağı bildirilir. Tehran üçün əsas məqsəd anti-İran sanksiyalarının ləğvinə nail olmaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin