"Al Jazeera": Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib

2026/02/1770224103.jpg
Oxunub: 195     18:16     18 İyun 2026    
Pakistanın Baş naziri Şahbaz Şərifin İsveçrə səfəri ləğv edilib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan telekanalları "Al Jazeera"ya istinadən məlumat yayıb.

"Şahbaz Şərifin İsveçrəyə planlaşdırılan səfəri səbəbi rəsmi olaraq açıqlanmadan ləğv edilib", - məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ ilə İran arasında son nizamlanma prosesində əsas vasitəçi Pakistan olub və tərəflərin imzaladığı razılaşma İslamabad anlaşma memorandumu adlanır.

Xatırladaq ki, anlaşma memorandumu ABŞ Prezidenti Donald Tramp və onun iranlı həmkarı Məsud Pezeşkian tərəfindən rəqəmsal şəkildə imzalanıb. Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai məlumat yayıb. Daha sonra Ağ Ev rəhbəri Donald Tramp da məlumatı təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şahbaz-Şərif   İsveçrə  


Bizi "telegram"da izləyin