“Vətəndaş Müqaviləsi”nin nəticələri tam legitimdir” - Paşinyan

2026/06/1781785482.jpg
Oxunub: 170     16:18     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, seçkilərdə “Vətəndaş Müqaviləsi” partiyasının əldə etdiyi nəticələr tam legitim xarakter daşıyır.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə iyunun 18-də hökumətin iclasından sonra jurnalistlərlə keçirilən brifinqdə danışıb.

Ermənistanın baş naziri qeyd edib ki, Ermənistan vətəndaşları seçkilərdə öz iradələrini ifadə etmək imkanı əldə ediblər və hakimiyyət seçkilərin nəticələrindən narazı deyil.

Onun sözlərinə görə, problem ölkənin hələ də seçki rüşvətinin geniş yayılmasına imkan verən səviyyədə olmasıdır.

Paşinyan vurğulayıb ki, xüsusilə “Vətəndaş Müqaviləsi” partiyasının əldə etdiyi nəticələr şübhə doğurmayan legitimliyə malikdir və bu nəticələr Ermənistan vətəndaşlarının azad iradəsini əks etdirir.

Baş nazir əlavə edib ki, müxalifətlə bağlı seçki rüşvətinin paylanmasına dair onlarla cinayət işi açılıb və bu barədə çoxsaylı səs yazıları da yayımlanıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin