Ordu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” nəşri ABŞ administrasiyasındakı yüksəkvəzifəli rəsmilərdən birinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, Netanyahu hər telefon danışığında İrana qarşı yeni hərbi əməliyyatların başlanmasının zəruriliyini əsaslandırmağa çalışır.
“Bibi prezidentə nəyinsə niyə partladılmalı olduğunu, İsrail kəşfiyyatının bunu necə və nə vaxt həyata keçirə biləcəyini izah edir, prezident isə dinləyir. Bu zənglər adətən eyni məzmunda olur”, - deyə nəşrin həmsöhbəti bildirib.
Qəzetin məlumatına görə, son həftələr ərzində iki lider arasındakı münasibətlərdə gərginlik daha da artıb.
Bildirilir ki, Tramp İranla qarşıdurmanın sona çatmasına çalışdığı halda, Netanyahu münaqişənin davam etdirilməsinin tərəfdarıdır.
Mənbələrdən əldə edilən məlumata görə, Livanla bağlı son söhbətlərdən biri zamanı Tramp Netanyahuya niyə “binaları partlatdığını” soruşub və bu cür hərəkətlərin dayandırılmasını tələb edib.
“Wall Street Journal” həmçinin qeyd edib ki, Netanyahu ilə telefon danışqlarından sonra Tramp administrasiya üzvlərindən İsrail baş nazirinin dediklərinin nə dərəcədə doğru olduğunu daha tez-tez soruşmağa başlayıb.
Sevinc Əliyeva
Ordu.az