Ordu.az xəbər verir ki, Paşinyan bu barədə brifinq zamanı layihənin icra vəziyyəti ilə bağlı sualı cavablandırarkən danışıb.
Onun sözlərinə görə, yaxın zamanda ABŞ-də maliyyələşdirmə ilə bağlı qərar qəbul edilib və yaradılan fond vasitəsilə TRIPP layihəsi ilə yanaşı, regiondakı digər layihələrin də maliyyələşdirilməsi nəzərdə tutulur.
“Rəqəmi dəqiq xatırlamadığım üçün açıqlamaq istəmirəm, amma artıq böyük həcmdə vəsait ayrılıb”, - deyə Paşinyan bildirib.
Paşinyan Ermənistan tərəfinin üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcəyini vurğulayıb.
O qeyd edib ki, müvafiq sənəd qısa müddətdə imzalanıb və hazırda ratifikasiya mərhələsindədir. Bununla belə, Paşinyan formal prosedurların tamamlanmasını gözləmədən prosesin mümkün qədər sürətlə irəlilədilməsinin vacib olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfinin mövqeyi də məhz bu istiqamətdədir.
Alpər Mövludoğlu
Ordu.az