“Reuters”: ABŞ və İran iyunun 19-da İsveçrədə danışıqlar aparacaq

2026/06/1781785599.jpg
Oxunub: 174     16:24     18 İyun 2026    
ABŞ və İran iyunun 19-da İsveçrənin Bürgenştok şəhərində razılaşmanın icrası ilə bağlı ilkin danışıqlar keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Reuters agentliyi İsveçrə Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilir ki, hazırkı plana əsasən ABŞ və İran nümayəndələri, həmçinin Pakistan, Qətər və prosesdə iştirak edən digər ölkələrin vasitəçiləri sabah Bürgenştokda bir araya gələcəklər.

Tərəflərin razılaşmanın icrası ilə bağlı ilkin müzakirələr aparacağı qeyd olunur.

Görüşün dəqiq vaxtı və digər təfərrüatları barədə əlavə məlumatın hələlik açıqlanmadığı vurğulanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin