Məhkəmə radikal erməni keşişin ev dustaqlığını üç ay uzadıb

2026/06/1781792595.jpg
Oxunub: 183     18:21     18 İyun 2026    
Ermənistanda məhkəmə radikal erməni keşiş Baqrat Qalstanyanın barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətini daha üç ay uzadıb.

Ordu.az xəbər verir ki, qərar iyunun 18-də hakim Karen Farxoyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında qəbul olunub.

Məlumata görə, prokuror ev dustaqlığının uzadılmasının zəruriliyini əsaslandırıb, müdafiə tərəfi isə qanunsuzluqlara son qoyulmasını və din xadiminin azadlığa buraxılmasını tələb edib.

Məhkəmədə çıxış edən arxiyepiskop Baqrat Qalstanyan onların terrorçu olmadıqlarını vurğulayıb.

“Bizim terrorçu olmadığımız danılmaz faktdır”, - deyə o bildirib.

Qalstanyan hakimiyyət nümayəndələrinin öz davranışlarından qorxduqlarını iddia edib və baş nazirin genişmiqyaslı rüşvətlərlə bağlı bəyanatlarını insanları qorxutmaq cəhdi kimi qiymətləndirib.

“Biz terrorçulara qarşı mübarizə aparan insanlarıq”, - deyə erməni arxiyepiskop qeyd edib.

O, çıxışının sonunda arxiyepiskop Mikael Acapahyanın da azadlığa buraxılmasını tələb edib.

Bununla yanaşı, məhkəmə Baqrat Qalstanyana hər bazar günü Üçmüədzin kilsəsinə gedərək dini mərasimdə iştirak etməyə icazə verib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qalstanyan  


Bizi "telegram"da izləyin