“Mən AİB Hökumətlərarası Şurasının iclasında iştirak edəcəyəm” - Paşinyan

2026/06/1781777876.jpg
Oxunub: 182     14:14     18 İyun 2026    
Ermənistanın baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının qarşıdakı iclasında iştirak etmək niyyətində olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, Paşinyan bu barədə iyunun 18-də keçirdiyi brifinqdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

Ermənistanın baş nazirinə tərəfdaş ölkələrin nümayəndələri ilə görüşmək, onların “gözünün içinə baxmaq və bütün məsələlərə aydınlıq gətirmək” üçün nə vaxt səfərə çıxacağı barədə sual ünvanlanıb. Paşinyan cavabında bildirib ki, yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinin Hökumətlərarası Şurasının iclası keçiriləcək və o, həmin toplantıda iştirak etməyi planlaşdırır.

Paşinyan əlavə edib ki, Avrasiya İqtisadi Birliyinin institutları normal fəaliyyətini davam etdirir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   AİB  


Bizi "telegram"da izləyin