Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tsyzyan keçirdiyi brifinq zamanı danışıb.
O bildirib ki, NATO Soyuq Müharibə dövrünün məhsulu kimi yaranıb və hazırkı beynəlxalq vəziyyətdə öz rolu ilə bağlı ciddi qiymətləndirmə aparmalıdır.
Lin Tsyzyan NATO-nu Çinlə bağlı yanlış təsəvvürlərini düzəltməyə, qarşıdurmaları təşviq etməkdən çəkinməyə və məsuliyyəti başqalarının üzərinə atmaq praktikasına son qoymağa çağırıb.
“NATO Çinlə bağlı yanlış təsəvvürlərini düzəltməli, qarşıdurmaları qızışdırmaqdan və öz günahını başqalarının üzərinə atmaqdan əl çəkməlidir”, - deyə o vurğulayıb.
Çin rəsmisi əlavə edib ki, alyans müasir dünyanın sülh və sabitliyinə təsiri barədə də dərindən düşünməli və öz fəaliyyətini təhlil etməlidir.
Sevinc Əliyeva
Ordu.az