İran zənginləşdirilmiş uranın ixracını planlaşdırmır

2026/06/1781773864.jpg
Oxunub: 184     13:01     18 İyun 2026    
İran zənginləşdirilmiş uranın ölkə ərazisindən çıxarılmasının nəzərdə tutulmadığını açıqlayıb. Tehran bu materialın ölkə daxilində emal edilməsinin mümkün variantlardan biri olduğunu bildirib.

Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi dövlət televiziyası IRIB-in efirində danışıb.

Onun sözlərinə görə, İran əvvəldən bəyan edib ki, zənginləşdirilmiş materiallar ölkə xaricinə çıxarılmayacaq.

“Biz elə əvvəldən demişdik ki, zənginləşdirilmiş materiallar ölkədən çıxarılmayacaq. Variantlardan biri onların İran ərazisində zənginlik səviyyəsinin azaldılmasıdır. Bu, yeni təklif deyil”, - deyə Bəqayi bildirib.

Qeyd olunur ki, bu açıqlama İran və ABŞ arasında münaqişənin dayandırılması ilə bağlı memorandumun imzalanmasından dərhal sonra səsləndirilib.

Məlumata görə, növbəti mərhələdə Tehranın nüvə proqramı və ABŞ-nin tətbiq etdiyi sanksiyaların ləğvi ilə bağlı əlavə danışıqlar aparılacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Uran  


Bizi "telegram"da izləyin