Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı bəyan edib.
Zaxarovanın sözlərinə görə, baş verən hadisə sadəcə xuliqanlıq deyil, iki ölkənin ortaq tarixi yaddaşına qarşı məqsədyönlü addımdır.
“Bu müqəddəs sayılan abidəyə qarşı törədilən hərəkət sadəcə xuliqanlıq deyil, ölkələrimizin ümumi tarixi yaddaşına qarşı yönəlmiş məqsədyönlü zərbə və Böyük Qələbəyə qarşı vandalizm cəhdidir. Təbii ki, biz Ermənistan tərəfinə etiraz notası göndərmişik”, - deyə Zaxarova bildirib.
Alpər Mövludoğlu
Ordu.az