Ordu.az xəbər verir ki, sektorda sürpriz hesab edilən qərarın şirkətin resurslarını altıncı nəsil döyüş təyyarələri proqramlarına yönəltmək strategiyasının bir hissəsi olduğu bildirilir.
Qərarla T-7A “Red Hawk” platforması müsabiqədən kənarda qalır. Beləliklə, proqram çərçivəsində yalnız iki komanda mübarizəni davam etdirəcək. Bunlar “Sierra Nevada Corporation” və “Northrop Grumman”, eləcə də “Leonardo” və “Textron” tərəfdaşlıqlarıdır.
“Boeing” bildirib ki, T-7A “Red Hawk” ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunsa da, Hərbi Dəniz Qüvvələrinin müəyyən etdiyi tələblərə tam cavab vermir. Şirkət nümayəndəsinin sözlərinə görə, aparılan geniş qiymətləndirmə nəticəsində təyyarənin UJTS proqramının tələblərini qarşılamadığı qənaətinə gəlinib.
Məlumata görə, qərarın arxasında şirkətin mühəndislik və inkişaf imkanlarını ABŞ Hərbi Hava Qüvvələri üçün hazırlanan F-47 və ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX altıncı nəsil döyüş təyyarəsi proqramlarına yönəltmək istəyi dayanır.
T-7A “Red Hawk” “GE Aerospace” tərəfindən istehsal olunan F404 turboreaktiv mühərriki ilə təchiz edilib. Şirkət bildirib ki, mühərrik uzun illər ərzində etibarlılığını sübut etsə də, Hərbi Dəniz Qüvvələrinin xüsusi sertifikatlaşdırma tələblərinin yerinə yetirilməsi əlavə inkişaf işləri tələb edir.
Qeyd olunur ki, müsabiqədə qalan “Freedom” təlim təyyarəsi və M-346N platformaları fərqli mühərriklərlə təchiz olunub.
ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni təlim təyyarəsi proqramının qalibinin yaxın aylarda açıqlanacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az