Ordu.az xəbər verir ki, bu barədə “Safran Electronics & Defense Germany” şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında bildirilir ki, bu sifariş Almaniyadan alınan ən böyük JIM “Compact” müqaviləsidir. Sifariş 2024-cü ilin sonunda imzalanmış və Almaniya Federal Məclisinin Büdcə Komitəsi tərəfindən təsdiqlənmiş çərçivə sazişi əsasında verilib.
Yeni sistemlərin Almaniya Quru Qoşunlarının inventarına daxil edilməsi ilə piyadaların istənilən hava və işıq şəraitində hədəfləri aşkar etmə, tanıma və koordinatlarını müəyyənləşdirmə imkanlarının artırılması nəzərdə tutulur. Döyüş şəraitində özünü doğrultmuş JIM “Compact” sistemi termal görüntüləmə, gündüz müşahidəsi, lazer məsafəölçəni və hədəf koordinatlarının təyini funksiyalarını bir platformada birləşdirir.
“Safran” bildirib ki, sistem müasir ordular üçün mühüm güc multiplikatoruna çevrilib və xüsusilə səpələnmiş bölmələrin vəziyyət məlumatlılığını əhəmiyyətli dərəcədə artırır. Şirkətin məlumatına görə, 2022-ci ildən etibarən NATO ölkələrinə təxminən 6 min JIM “Compact” sistemi təhvil verilib.
Artan tələbat fonunda istehsal gücü də artırılıb. Bildirilir ki, 2022-2026-cı illər ərzində sistemin istehsal həcmi üç dəfə yüksəldilib. Şirkətin baş icraçı direktoru Marsel Şiller qeyd edib ki, bu sifariş yalnız məhsul təchizatını deyil, həm də Almaniyada texniki xidmət və dəstək imkanlarının genişləndirilməsini əhatə edir.
Onun sözlərinə görə, JIM “Compact” “gücləndirilmiş əsgər” konsepsiyasının əsas elementlərindən biridir və müşahidə, nişanalma və vəziyyət məlumatlılığı sahəsində mühüm üstünlüklər təmin edir.
Sevinc Əliyeva
Ordu.az