Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Tramp administrasiya üzvləri ilə keçirdiyi görüşdə İranın “ABŞ ilə südəmər uşaqlarla oynadığı kimi oynadığını” deyib.
Bildirilir ki, iyunun 10-da Ağ Ev rəhbəri İranla bağlı növbəti addımlara həsr olunmuş müşavirə keçirib və burada hərbi əməliyyatların yenidən başlanması ehtimalı da müzakirə olunub.
Portalın məlumatına əsasən, ABŞ rəsmiləri İran tərəfindən mümkün cavab tədbirləri, o cümlədən daha əvvəl baş vermiş hücumlara bənzər şəkildə ABŞ hərbi bazalarına zərbələr endirilməsi ehtimalını nəzərdən keçirirlər.
Bu fonda Trampın Tehrana qarşı daha sərt addımlar atılmasının vacibliyini vurğuladığı qeyd olunur.
Sevinc Əliyeva
Ordu.az