Ordu.az xəbər verir ki, bu barədə "Financial Times" nəşrinə istinadən "The Times of Israel" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Paris, Berlin və digər Avropa ölkərinin paytaxtları Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın və onun rəhbərlik etdiyi illik büdcəsi təxminən 1 milyard avro olan Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) səlahiyyətlərinin azaldılmasını nəzərdə tuta biləcək dəyişiklik variantlarını nəzərdən keçirir.
Müzakirə olunan təkliflərə əsasən, diplomatik xidmətin səlahiyyət və funksiyalarının bir hissəsi Avropa Komissiyasına və Aİ-yə üzv dövlətlərə qaytarıla bilər.
Müzakirələrin gedişatı ilə tanış olan beş yüksək vəzifəli məmura istinadən "Financial Times" qeyd edib ki, islahatın məqsədi artan beynəlxalq çağırışlar və böhranlar şəraitində Aİ-nin xarici siyasət mexanizminin səmərəliliyini artırmaqdır. Hələ ki müzakirələr ilkin mərhələdədir və yekun qərarlar qəbul edilməyib.
Ordu.az