Qətər və Bəhreyndə hava hücumundan müdafiə sistemləri işə düşüb

2026/04/1776755797.jpg
Oxunub: 260     06:32     11 İyun 2026    
Qətərin hava hücumundan müdafiə sistemləri hədəfləri dəf etmək üçün çalışır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş Qərargahı məlumat yayıb.

"Hazırda hava hücumundan müdafiə sistemləri düşmənin hava hədəflərinə qarşı mübarizə aparır", - deyə açıqlamada bildirilib.

Eyni zamanda Bəhreyndə yenidən hava hücumu sirenləri işə düşüb. Krallığın Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir: "Vətəndaşlarımızı və sakinlərimizi sakit olmağa və ən yaxın təhlükəsiz yerə getməyə çağırırıq".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   Bəhreyn   HHM-sistemi  


Bizi "telegram"da izləyin