Hüseyn Hüseynov: "Azərbaycan rəqəmsal inkişafı strateji prioritetə çevirir"

2026/06/fgfgd-1781160988.jpg
Oxunub: 126     10:20     11 İyun 2026    
Azərbaycan rəqəmsal iqtisadiyyatın inkişafını strateji prioritetə çevirir.

Ordu.az xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov "Dayanıqlılıq və enerji transformasiyası" mövzusunda keçirilən "Technovation" Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan üçün rəqəmsal transformasiya sadəcə gələcəyə yönəlmiş bir ambisiya deyil, ölkənin bugünkü strateji prioritetlərindən biridir: "Son iki onillik ərzində həyata keçirilən məqsədyönlü investisiyalar, müasir infrastruktur layihələri və islahatlara əsaslanan biznes mühiti uzunmüddətli inkişaf üçün möhkəm zəmin formalaşdırıb. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın əsas dayaqlarından biri kimi çıxış edir və iqtisadi artımın başlıca hərəkətverici qüvvəsi olaraq qalır. Bununla bağlı məqsədimiz aydındır: iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, innovasiyalara əsaslanan inkişaf modelini gücləndirmək və gələcəyin çağırışlarına cavab verən rəqabətqabiliyyətli iqtisadiyyat qurmaq. Bu hədəflərə çatmaq üçün rəqəmsal transformasiya iqtisadi gündəliyimizin mərkəzində yer alır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hüseyn-Hüseynov   Azərbaycan  


Bizi "telegram"da izləyin