Vuçiç Serbiya Prezidenti vəzifəsindən istefasını və baş nazir seçkilərində iştirakını istisna etməyib

2026/02/1771166392.jpg
Oxunub: 185     00:05     11 İyun 2026    
Serbiya Prezidenti Aleksandar Vuçiç dövlət başçısı postundan vaxtından əvvəl getmək və sonradan baş nazir vəzifəsinə namizəd olmaq ehtimalını nəzərdən keçirdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Vuçiç Belqrad radiosunun efirində danışıb.

O bildirib ki, üç-dörd aydan da əvvəl istefa verə bilər, lakin yekun qərar hələ qəbul edilməyib.

Vuçiçin sözlərinə görə, artıq prezident iqamətgahından şəxsi əşyalarını toplamağa başlayıb, lakin bununla yanaşı “heç bir sürpriz olmayacağını” vurğulayıb.

Dövlət başçısı həmçinin parlament seçkilərində baş nazir postuna namizəd kimi iştirak etmək variantı üzərində mütəmadi düşündüyünü qeyd edib.

Aleksandar Vuçiç ilk dəfə 2017-ci ildə Serbiya Prezidenti seçilib və 2022-ci ildə yenidən bu vəzifəyə seçilib. Onun hazırkı prezidentlik müddəti 2027-ci ildə başa çatır.

Daha əvvəl Serbiyada parlament seçkilərinin payızda, sentyabrın sonundan noyabrın ortalarınadək olan dövrdə keçirilə biləcəyi barədə məlumat yayılmışdı.

Parlamentin sədri Ana Brnabiç bildirmişdi ki, hakim “Serbiya Tərəqqi Partiyası” Vuçiçi baş nazir postuna namizəd göstərə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Vuçiç   Serbiya  


Bizi "telegram"da izləyin