ABŞ bu gün İrana yenidən zərbələr endirəcək

2026/03/1774962585.jpg
Oxunub: 236     00:57     11 İyun 2026    
ABŞ-nin hərbi naziri Pit Heqset İrana qarşı güclü zərbələr endiriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun rəhbəri Floridada jurnalistlərə bildirib.

"Bu gün zərbələr güclü və dəqiq olacaq", - deyə o əlavə edib.

Pit Heqset əlavə edib ki, ABŞ kəşfiyyat məlumatları da daxil olmaqla, atəşkəsdən səmərəli istifadə edir:

"Tramp razılaşma əldə etmək üçün İrana əl uzatdı; onların imkanı var, amma onlar oyun oynamağa üstünlük verirlər. Əgər bombalarla danışıqlar aparmalı olsaq, bombalarla danışıqlar aparacağıq; biz bu işdə yaxşıyıq".

Öz növbəsində "Tasnim" xəbər agentliyi bildirib ki, İranın Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətindədir və ABŞ-ın hücumu halında cavab zərbələri endirmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Heqset   ABŞ   İran  


Bizi "telegram"da izləyin