Ordu.az xəbər verir ki, bu barədə İran Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində ikitərəfli və regional məsələlərin, həmçinin İran ilə ABŞ arasında yaranmış böhranın həlli yollarının müzakirəsi nəzərdə tutulur.
Qətər son aylarda Tehran və Vaşinqton arasında gərginliyin azaldılması və danışıqlar prosesinin yenidən başlanması istiqamətində əsas vasitəçilərdən biri kimi çıxış edir.
Xatırladaq ki, Qətər nümayəndə heyəti çərşənbə günü ikitərəfli əməkdaşlıq və regional gündəlikdə yer alan məsələləri müzakirə etmək məqsədilə Tehrana gedib.
Sevinc Əliyeva
Ordu.az