Ordu.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Siz müqəddəs Hörmüz boğazını təhlükəsiz hesab edirsiniz? Biz regionu sizin üçün cəhənnəmə çevirəcəyik”, - deyə Musəvinin sözlərindən sitat gətirilib.
Komandan bildirib ki, İranın hərəkətləri “regionda ABŞ-nin həyasızlığına” cavab olacaq.
Agentlik həmçinin adının açıqlanmasını istəməyən mənbənin ABŞ Prezidenti Donald Trampın İranı bombardman etməklə bağlı təhdidlərinə cavab olaraq verdiyi açıqlamanı yayıb.
“ABŞ tərəfindən istənilən təcavüzə qəti hərbi cavab veriləcək və biz siyasi şantaja dözməyəcəyik”, - deyə mənbə bildirib.
Bundan əvvəl Tramp bəyan etmişdi ki, İran Vaşinqtonla razılaşma əldə etməsə, onu daha güclü Amerika zərbələri gözləyir.
Cümə axşamına keçən gecə ABŞ hərbçiləri İrana qarşı növbəti hücuma başlayıblar. CENTCOM-un məlumatına görə, zərbələr “özünümüdafiə məqsədilə” endirilib və “İranın davam edən və əsassız təcavüzünə cavab” xarakteri daşıyıb.
İran KİV-lərinin məlumatına əsasən, ölkənin altı bölgəsində güclü partlayışlar qeydə alınıb.
Bundan əlavə, İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və SEPAH Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını bəyan edib.
Sevinc Əliyeva
Ordu.az