Ordu.az xəbər verir ki, bu barədə Makron jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyunun 16-da Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinə, həmçinin İranın nüvə və raket proqramları ətrafında yaranmış vəziyyətə və bunun qlobal iqtisadiyyata təsirinə həsr olunmuş işçi sessiya keçiriləcək.
Makron qeyd edib ki, həmin sessiyaya Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri dəvət olunacaq.
Bundan əlavə, Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında əməkdaşlığa həsr ediləcək ayrıca iclas keçiriləcək. Həmin tədbirdə beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə yanaşı, Braziliya, Hindistan, Keniya və Koreya Respublikasının nümayəndə heyətlərinin iştirakı gözlənilir.
Sammit çərçivəsində Ukraynadakı vəziyyət də müzakirə ediləcək. Bu məqsədlə iyunun 15-də Ukrayna Prezidenti Volodimir Zelenski tədbirə dəvət olunacaq.
Fransa liderinin sözlərinə görə, G7-nin qarşıdakı görüşü regional əhəmiyyətli oyunçuların iştirakı hesabına daha geniş formatda keçiriləcək. Bu da yalnız birliyin daxili məsələlərinin deyil, həmçinin qlobal böhranların və davam edən münaqişələrin iqtisadi nəticələrinin müzakirəsinə yönəlmiş yanaşmanı əks etdirir.
Sevinc Əliyeva
Ordu.az