Ordu.az xəbər verir ki, bu barədə “Euractiv” nəşri məlumat yayıb.
Miqrasiya qanunvericiliyinin müzakirəsi zamanı Voridis Aralıq dənizində qeyri-qanuni miqrantları daşıyan qayıqlarla necə davranılmalı olduğu barədə ritorik sual səsləndirib və onların dayandırılması ilə bağlı sərt ssenarilərə toxunub.
Deputatın çıxışı müxalifət tərəfindən radikal ritorika kimi qiymətləndirilib və ciddi tənqidlərə səbəb olub.
Sol və sosialist partiyalarının nümayəndələri Voridisi miqrasiya siyasətinə münasibətdə sərt və ifrat sağ yanaşmaları mənimsəməkdə ittiham ediblər. Onların fikrincə, bu ritorika Avropada miqrasiya siyasətinin sərtləşdirilməsi tendensiyası ilə əlaqəlidir.
Voridis daha sonra açıqlamasının ritorik xarakter daşıdığını və konkret hərəkətlərə çağırış olmadığını bildirib. O vurğulayıb ki, dövlət siyasətinin məqsədi dəniz yolu ilə təhlükəli keçidlərin qarşısını almaq və insan alverçiləri ilə mübarizə aparmaqdır.
Müzakirələr fonunda Yunanıstan parlamenti sığınacaq verilməsi rədd edilmiş şəxslərin deportasiya prosedurlarının sürətləndirilməsini və onların Avropa İttifaqının sərhədlərindən kənarda yerləşən saxlanma mərkəzlərinə göndərilməsini nəzərdə tutan qanun layihəsini də təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az