SEPAH: F-16 qırıcısı Hörmüz boğazının hava məkanını pozduqdan sonra ərazini tərk edib

2026/06/1781156046.jpg
Oxunub: 309     09:35     11 İyun 2026    
İran İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazı üzərində hava məkanının pozulması ilə bağlı açıqlama yayıb.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat verib.

Bildirilib ki, F-16 qırıcısı Hörmüz boğazının hava məkanını pozub.

Qurumun məlumatına görə, təyyarənin istiqamətinə hava hücumundan müdafiə sistemindən raket buraxılıb. Bundan sonra “müdaxilə edən” təyyarə ərazini tərk edərək uzaqlaşıb.

Hadisə və onun təfərrüatları ilə bağlı müstəqil təsdiq hələlik mövcud deyil.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   F-16  


Bizi "telegram"da izləyin