İranın cənubunda və Fars körfəzi bölgəsində partlayışlar baş verib, HHM aktivləşdirilib

2026/04/1775022366.jpg
Oxunub: 284     09:30     11 İyun 2026    
İranın cənub şəhərlərində və Fars körfəzi bölgəsində bir sıra partlayış səslərinin eşidildiyi bildirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin Bəndər-Abbasdakı müxbirinin məlumatına görə, yerli mənbələr və sakinlər cümə axşamı səhər saatlarında Bəndər-Abbas, Keşm, Minab, Sirik şəhərlərində və Fars körfəzində yerləşən Hengam adasında partlayış səsləri eşitdiklərini bildiriblər.

Məlumatın yayımlandığı ana qədər hərbi və hüquq-mühafizə orqanları hadisələrin səbəbi ilə bağlı rəsmi açıqlama verməyiblər.

Bununla yanaşı, İranın cənub-qərbində yerləşən Fars əyalətinin Mohr rayonunda və Asaluye bölgəsində hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyi də qeyd olunub.

“Mehr” agentliyi əlavə edib ki, ölkənin cənubuna endirilən gecə zərbələrindən sonra İranın raket cavabı verdiyi barədə məlumatlar yayılıb, lakin bu məlumatlar hələlik dəqiqləşdirilməyib və təsdiqlənməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Fars-körfəzi  


Bizi "telegram"da izləyin