Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin rəhbəri Sergey Dankvert Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda TASS agentliyinə müsahibəsində bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Ermənistandan diri balıq tədarükünə məhdudiyyət tətbiq edib və yalnız iki şirkət istisna olmaqla bütün erməni şirkətlərinin ixracına qadağa qoyub.
Dankvert bildirib ki, məhdudiyyətlərin tətbiq olunacağını əvvəlcədən nəzərə aldıqları üçün alternativ tədarük marşrutları üzərində işləyiblər.
“Alabalıq tədarükü məsələsində İran və Türkiyəyə yönəlmişik”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, tədarükçülərin sayının çox olması Rusiyanın işini asanlaşdırır və hər hansı məhsul üzrə çatışmazlıq riskini azaldır.
Alpər Mövludoğlu
Ordu.az