Ordu.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
“Livan ərazisindən İsrailin şimalında yerləşən bir neçə yaşayış məntəqəsi istiqamətində raket atəşləri qeydə alınıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, “Hizbullah” hərəkatı martın 2-dən etibarən ABŞ və İsrailin İrana qarşı hərəkətləri fonunda İsrailə raket və pilotsuz uçuş aparatı hücumları həyata keçirməyə başlayıb.
Buna cavab olaraq İsrail Beyrutun cənub ətraflarında, Livanın cənub və şərq bölgələrində yerləşən hədəflərə genişmiqyaslı hava zərbələri endirib. Bundan əlavə, ölkənin cənubunda quru əməliyyatına başlanıldığı və şiə müqavimət qüvvələrinə qarşı yeni hərbi kampaniyanın başladığı elan edilib.
Sevinc Əliyeva
Ordu.az