Quterreş: "İnkişaf etməkdə olan ölkələr Hörmüz böhranından daha çox zərər çəkəcək"

2025/03/1743271658.jpg
Oxunub: 145     10:32     11 İyun 2026    
BMT-nin baş katibi Antonio Quterreş Hörmüz boğazının bağlanmasının mənfi nəticələri ilə bağlı xəbərdarlıq edib.

Ordu.az-ın məlumatına görə, baş katib bunu "X" hesabında yazıb.

"Hörmüz boğazında və onun ətrafında gəmiçilik hüququ və azadlığının məhdudlaşdırılması bütün dünyada çətinliklərə və qeyri-sabitliyə səbəb olur. Hətta ən əlverişli ssenaridə belə bu sarsıntılar bir neçə ay ərzində hiss olunacaq - üstəlik, inkişaf etməkdə olan ölkələr bundan daha çox zərər görəcək. Dünyaya beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik hüququ və azadlığı bərpa olunmaqla tam atəşkəs lazımdır", - o yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quterreş   Hörmüz  


Bizi "telegram"da izləyin