İran ABŞ-nin raketlərinə Yaxın Şərqə hücumla cavab verib

2026/06/1780388323.jpg
Oxunub: 243     05:15     11 İyun 2026    
Tehran Vaşinqtonun hava hücumuna cavab olaraq Yaxın Şərqdəki Amerika hədəflərinə zərbələr endirib.

Bu barədə Ordu.az "Nour News" agentliyinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, İraqın şimalındakı Əl-Hərir aviabazasına hücum edilib və nəticədə ABŞ hərbi radarı məhv edilib.

Həmçinin, İranın Hörmüz boğazında ABŞ gəmilərinə və Fars körfəzində bir qayığa atəş açdığı bildirilib.

İran dövlət televiziyasının məlumatına görə, ölkənin Silahlı Qüvvələri Bəhreyndə ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanma qüvvələrinə hücum etmək üçün dronlardan istifadə edib.

Nəticədə "Patriot" hava hücumundan müdafiə sistemlərinin rabitə antenaları və radarları zədələnib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin