Tramp Hörmüz boğazına ABŞ-nin nəzarət etdiyini və 200-dən çox gəminin təhlükəsiz keçidini təmin etdiyini bəyan edib

2026/06/1781120495.jpg
Oxunub: 253     23:37     10 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp Amerika hərbçilərinin 200-dən çox ticarət gəmisinin, o cümlədən neft tankerinin Hörmüz boğazından təhlükəsiz keçidini təmin etdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, ötən ay ABŞ Silahlı Qüvvələrinə bölgədə ticarət gəmilərinin müşayiəti üçün xüsusi əməliyyat keçirmək tapşırığı verib. Nəticədə boğaz vasitəsilə 100 milyon bareldən çox neft daşınıb və qlobal bazara çıxarılıb.

“200-dən çox ticarət gəmisi boğazdan təhlükəsiz şəkildə keçib”, - deyə Tramp bildirib.

Amerika lideri həmçinin vurğulayıb ki, Hörmüz boğazına nəzarət faktiki olaraq İranın deyil, ABŞ-nin əlindədir.

“Bu son dərəcə uğurlu səylər ona görə mümkün oldu ki, Hörmüz boğazına İran deyil, Amerika Birləşmiş Ştatları nəzarət edir”, - deyə Tramp qeyd edib.

O əlavə edib ki, İran silahlı qüvvələri məğlubiyyətə uğrayıb, ölkə iqtisadiyyatı isə ağır vəziyyətdədir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hörmüz   ABŞ  


Bizi "telegram"da izləyin