Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
ABŞ hakimiyyət orqanlarının məlumatına görə, məhdudiyyətlər Honkonq və Çində qeydiyyatdan keçmiş doqquz şirkət və fiziki şəxsə şamil olunub. Onlar İran üçün silah və komponentlərin tədarükü sxemlərində iştirak etməkdə, eləcə də ölkənin müdafiə sektoru ilə bağlı maliyyə əməliyyatlarına dəstək verməkdə şübhəli bilinirlər.
Bundan başqa, İran və Belarusdan olan iki şirkət və iki fiziki şəxs də ayrıca sanksiya siyahısına daxil edilib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına əsasən, onlar İranın ənənəvi silahlanması ilə əlaqəli fəaliyyətlərdə iştirak ediblər.
“Reuters” qeyd edir ki, Honkonqda qeydiyyatdan keçmiş şirkətlərdən biri beynəlxalq məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən qondarma “kölgə bankçılığı şəbəkəsi” ilə bağlı araşdırmalarda da hallanır.
Vaşinqton İranın mövcud məhdudiyyətləri aşaraq silah və maliyyə resurslarına çıxış əldə etməsinə kömək etdiyi iddia olunan qurumlara qarşı sanksiya təzyiqini davam etdirir.
Sevinc Əliyeva
Ordu.az