Amerikalı jurnalist: “Tramp tabeliyində olan şəxslərlə İrana qarşı nüvə silahından istifadə imkanını müzakirə edib”

2026/06/1780638154.jpg
Oxunub: 196     00:07     11 İyun 2026    
Amerikalı jurnalist və Pulitzer mükafatı laureatı Seymur Herş ABŞ Prezidenti Donald Trampın bu həftə tabeliyində olan şəxslərlə İrana qarşı nüvə silahından istifadə imkanını müzakirə etdiyini iddia edib.

Ordu.az xəbər verir ki, Herş bu barədə öz məqaləsində yazıb.

Onun sözlərinə görə, sözügedən söhbət İran ərazisində raket istehsalı ilə bağlı yeraltı obyektlərə zərbələrin müzakirəsi zamanı baş verib.

Amerika administrasiyasının yüksəkvəzifəli nümayəndələrinin iştirak etdiyi müzakirə zamanı Trampın belə obyektlərin məhv edilməsi üçün nüvə silahından istifadənin nə dərəcədə “reallaşdırıla bilən” variant olduğunu soruşduğu iddia edilir.

Herş qeyd edib ki, görüş iştirakçılarından ən azı biri bu sualın qoyuluşundan şoka düşüb və bunu Yaxın Şərqdə nüvə eskalasiyası ssenarisinin həddindən artıq adi şəkildə müzakirə olunması kimi qiymətləndirib.

Jurnalistin sözlərinə görə, Tramp söhbət zamanı qəzəbli və narazı görünürmüş, eyni zamanda ABŞ-nin İran istiqamətində məğlubiyyətə uğramasının qarşısını almağa çalışırmış.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin