Ordu.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset iyunun 10-da Quantanamo bazasına səfəri zamanı çıxışında bildirib.
“Bizim vəzifəmiz ABŞ xalqını qorumaq üçün ali baş komandanın qəbul edəcəyi istənilən qərara hazır olmaqdır. Kuba hökumətinin bu bazaya və ya ABŞ ərazisinə çata biləcək silahlar əldə etməyə çalışması ağılsız addım olardı”, - deyə o vurğulayıb.
Heqset qeyd edib ki, belə bir hal baş verərsə, Havana nə istədiyi, nə də tab gətirə biləcəyi bir qarşıdurmanı özü təhrik etmiş olacaq.
O, həmin gün Kuba Prezidenti Migel Dias-Kanelin oğurlanması ssenarisinin də mümkün variantlardan biri olduğunu bildirib. Pentaqon rəhbərinin sözlərinə görə, bu məsələ Vaşinqtonun nəzərdən keçirdiyi variantlar sırasındadır.
Xatırladaq ki, Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilya mayın 22-də ABŞ dövlət katibi Marko Rubionun ölkəyə qarşı hərbi təcavüzü təhrik etməyə çalışdığını bəyan etmişdi. O vurğulamışdı ki, Kuba heç vaxt ABŞ-nin təhlükəsizliyinə təhdid olmayıb.
Sevinc Əliyeva
Ordu.az