Avstraliya müttəfiqlərinə Hörmüz boğazında kömək edəcək

2026/04/1775835700.jpg
Oxunub: 171     08:42     11 İyun 2026    
Avstraliya Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi missiyada iştirak edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Avstraliya və Böyük Britaniyanın xarici işlər və müdafiə nazirlərinin birgə bəyanatında bildirilib.

"Nazirlər böhran zamanı Yaxın Şərqdəki mülki şəxsləri qorumaq üçün tərəfdaşlara müdafiə dəstəyi göstərməkdə Böyük Britaniya və Avstraliyanın rolunu vurğulayıblar", - deyə məlumatda qeyd olunub.

Avstraliya tərəfi tərəfdaşlarını regiona Hərbi Hava Qüvvələrinə məxsus "E-7A Wedgetail" təyyarəsi göndərməklə, eləcə də qabaqcıl orta mənzilli hava-hava raketləri ilə dəstəkləmək niyyətindədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Hörmüz  


Bizi "telegram"da izləyin