“Axios”: İrana endirilən zərbələr danışıqları irəli aparmaq üçün təzyiq vasitəsi kimi istifadə olunur

2026/06/1781155835.jpg
Oxunub: 255     09:25     11 İyun 2026    
İrana qarşı həyata keçirilən zərbələr Vaşinqton tərəfindən Tehranı yenidən danışıqlar masasına qaytarmaq və razılaşma imzalamağa məcbur etmək məqsədilə təzyiq vasitəsi kimi qiymətləndirilir.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Mənbələrin sözlərinə görə, belə strategiya eyni zamanda münaqişənin daha da genişlənməsi riskini daşıyır və regionda hərbi qarşıdurmanın miqyasını artıra bilər.

Bildirilir ki, ABŞ administrasiyası vasitəçilər üzərindən diplomatik təmasları davam etdirir. Bununla belə, vəziyyət qeyri-sabit olaraq qalır və hadisələrin inkişafı İran tərəfinin reaksiyasından asılıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin