Ordu.az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti IRIB məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ ordusunun İranın cənubuna müdaxiləsindən sonra Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması İran ordusunun PUA hücumlarına məruz qalıb.
Bildirilir ki, hücum zamanı rabitə antenləri və radiolokasiya sistemləri vurulub.
Hadisə ilə bağlı müstəqil təsdiq hələlik mövcud deyil.
Sevinc Əliyeva
Ordu.az