İran ABŞ ilə danışıqlarda uranın ixracı məsələsinin müzakirə olunmadığını açıqlayıb

2026/05/1780031884.jpg
Oxunub: 293     09:10     29 May 2026    
İran və ABŞ arasında aparılan danışıqların hazırkı mərhələsində İran İslam Respublikasından nüvə materiallarının ixracı məsələsi müzakirə olunmur.

Ordu.az xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurası katibinin müavini Əli Baqeri Kani “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

“Deyə bilərəm ki, hazırda gündəlikdə müharibənin başa çatdırılması məsələsi dayanır. Digər mövzular, o cümlədən materialların ixracı ilə bağlı heç bir məsələni müzakirə etmirik”, - deyə o qeyd edib.

Əli Baqeri Kani əlavə edib ki, diplomatik proses uzun müddətdir davam edir, lakin onun yekun nəticəsi birbaşa Vaşinqtonun mövqeyi və praqmatizmindən asılıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ  


Bizi "telegram"da izləyin